kadr arxasına çəkmək

to move smth. to the background, behind the scenes за кадр (вывести на второй план)
kabinet portreti
kadr arxasında olmaq
OBASTAN VİKİ
Kadr
Kadr Kadr, kinotexnikada çəkiliş zamanı kinoplyonkanın və ya foto təbəqəsi üzərində alınan təsvir; Televiziyada tam açılış tsikli müddətində elektron-şüa borusunun ekranındakı birdəfəlik bütöv təsvir; İnformatikada displey ekranının tərkibi; Kinolentin ayrı-ayrı şəkli, sahəsi; Müəyyən sahədə çalışan işçilərin ən əsas və ən hazırlıqlı heyəti; 6)hərbidə qoşun hissələrinin daimi heyəti. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s. == Xarici keçidlər == Kinokadr nedir?
Açar kadr
Açar kadr (keyframe,ключевой кадр, anahtar kare) — rəqəmsal videofilm faylında: tam görüntüdən ibarət olan və sıxılması yalnız kadrın içindəki artıq informasiyanın uzaqlaşdırılması yolu ilə həyata keçirilən kadr. Animasiya və ya hərəkət effektlərində: atributun dəyişilməsi zamanı onun yeni durumunu (məsələn, lazım olan hərəkət trayektoriyasının başlanğıcını və ya sonunu, materialın dəyişməsini və s.) qeydə almaq üçün yaradılan kadr. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı,467s.
Adam Kadr
Adam Kadr (ing. Adam Cadre; 5 fevral 1974, Silver-Sprinq[d], Merilend) — ABŞ yazıçısı. O, romanlar, ssenarilər, veb-komikslər, esselər kimi bir sıra formalarda aktivdir, lakin ən yaxşı interaktiv uydurma sahəsindəki işi ilə tanınır. == Həyatı == Adam Kadr 5 fevral 1974-cü ildə ABŞ-də, Merilend ştatının Silver-Sprinq şəhərində anadan olmuşdur. Onun 1998-ci ildə dərc edilən "Fotopiya" əsəri əvvəllər üstünlük təşkil edən tapmacaları və resurs idarəetmə elementlərini aradan qaldıraraq interaktiv uydurmada yeni bir istiqamətə öncülük etmişdir. Əsər bu sahənin "inkişafına çox təsirli" və "bütövlükdə video oyunlar üçün, interaktiv mühit haqqında anlayışımızın inkişafı üçün vacibdir" kimi qeyd edilmişdir.
Çöllüyə çəkmək taktikası
Çöllüyə çəkmək taktikası — qədim türklərdə yaranmış, Səlcuq imperiyası tərəfindən də istifadə olunmuş döyüş taktikası. Ordunun avanqard bölmələri gecə-gündüz fasiləsiz olmaq şərti ilə qarşıdan irəliləyən düşmən qüvvələrinə sağ və sol cinahdan hücum edir. Bu taktiki hücum kiçikmiqyaslı olsa da, düşmən ordusunu yorur. Hücumu həyata keçirən əsas ordu çöllüyə doğru geri çəkilir. Burada əsas məqsəd düşmən qüvvələrini susuzluqla baş-başa buraxmaqdır. Düşmən qüvvələrinin keçdiyi yol boyu su quyuları məhv edilir. Düşmən qüvvəsinin ordusu susuzluq və yorğunluqdan hərəkət qabiliyyətini itirir. Bu taktika ilə məqsədə çatılır.
25-ci kadr
25-ci kadr — videoya əlavə kadrların qoyulması vasitəsi ilə insanın altşüuruna təsir etməyin metodikasıdır. Bu ifadənin müəllifi, Ceyms Vikeri bu cür təsirin mövcudluğu sübut edən eksperementlərinin nəticələrini özü saxtalaşdırdığını etiraf edib. 1958-ci ildə Amerikan Psixoloqlar Birliyi rəsmi olaraq 25-ci kadrın psixoloji effekti olduğunu inkar edib. İddia insan gözünün saniyədə 24 kadrdan çox görə bilmədiyində əsaslanır. Əslində isə, 25-ci kadr insan tərəfindən görünə bilər və beləliklə gizli deyil. Daha geniş mənada hiss olunmaz ismarış (ing. subliminal message) və ya stimul (ing. subliminal stimuli) şəxsin şüurlu qavrayış həddinin altına təsir edən hər hansı həssas stimuludur. 2012-ci ildə aparılan funksiyanal maqnit rezonans tomoqrafiya (fMRT) araşdırması göstərib ki, hiss olunmaz stimullar, ondan xəbərsiz olan iştrakçıların müəyyən beyin hissələrini aktivləşdirir. 61 iştrakçı ilə aparılan eksperement göstərib ki, hədəfli prayminq iştədən, içki brendin adını hiss olunmaz ismarışlar iştrakçıların həmin praym edilən mallarnan bağlı davranışa təsir edə bilər.
36 kadr (film, 1996)
36 kadr qısametrajlı bədii televiziya filmi rejissor Rövşən İsgəndərov tərəfindən 1996-cı ildə ekranlaşdırılmışdır. Film "Sabah" yaradıcılıq birliyində istehsal edilmişdir. Filmdə rolları Səbinə Minasazova, Kamran Şahmərdanov və Kamran Əhmədov ifa edirlər. Film həssas qəlbə malik olan, peşəsinin vurğunu fotoqrafın son gününü əks etdirir. == Məzmun == Film həssas qəlbə malik olan, peşəsinin vurğunu fotoqrafın (Kamran Şahmərdanov) son gününü əks etdirir. Fotoqraf aşiq cütlüyün (Səbinə Minasazova-Kamran Əhmədov) fotolarını çəkir. Çəkdiyi kadrlar bəlkə də onun şah əsərləri olacaqdı. Cütlük yaxşı şəkillərin alınması üçün əllərindən gələni edirlər. Bir çox çəkilişlərdən sonra qəflətən fotoqraf fotoaparatına lent qoymadığını görür və çox pərt olur. Bunu görən cütlük həvəsdən düşərək ondan uzaqlaşırlar.
Sekundantlar, rinq arxasına!.. (film, 1974)
Filmdə Azərbaycanda boksun tarixindən, onun inkişaf yollarından, bu sahədə fəaliyyət göstərmiş və bu gün də çalışan veteran idmançılardan söhbət açılır. Filmdə arxiv materiallarından da istifadə olunmuşdur.
Sekundantlar, rinq arxasına! (film, 1974)
Filmdə Azərbaycanda boksun tarixindən, onun inkişaf yollarından, bu sahədə fəaliyyət göstərmiş və bu gün də çalışan veteran idmançılardan söhbət açılır. Filmdə arxiv materiallarından da istifadə olunmuşdur.
Yerli kadr təsdiqə gedir (film, 1973)
Filmdə "Gənclərə geniş yol" şüarındakı mənalara toxunulmuşdur. Lakin heç də hər yerdə bu şüara əməl edilmir. Öz layihəsini qəbul etdirmək istəyən gənc memarın başına gələn əhvalat əks etdirilir. "Mozalan" Satirik Kinojurnalı № 41, 1-ci süjet Müəllif : Tahir Piriyev Rejissor : Əsgər Məmmədov Operator : Antonina Korotnitskaya Rəssamlar : Əsgər Məmmədov, Tahir Piriyev Səs operatoru : Kamal Seyidov Musiqilərindən istifadə edilən bəstəkar : Xəyyam Mirzəzadə ("Günlərin Bir Günündə..." cizgi filmindən) (titrlərdə yoxdur) Baş Redaktor : Eyvaz Borçalı YouTube Filmi izlə sayt YouTube Filmdə anonim məktubların doğurduğu nəticələr öz əksini tapır. "Mozalan" Satirik Kinojurnalı № 6, 1-ci süjet Müəllif : İntiqam Qasımzadə Rejissorlar : Nazim Məmmədov, Bəhmən Əliyev Quruluşçu rəssam : Kamil Nəcəfzadə Operator : Aleksandr Milov Səs operatoru : Ələkbər Həsənzadə Baş redaktor : Eyvaz Borçalı YouTube Filmi izlə sayt YouTube Filmdə alverçilik problemlərinə toxunulur. "Mozalan" Satirik Kinojurnalı № 96, 2-ci süjet Müəllif : M. Lipskerov Rejissor : Vahid Talıbov Rəssam : Elçin Axundov Operator : Ramiz Ağayev Səs operatoru : Akif Nuriyev Redaktor : Vidadi Paşayev Ramiz Əzizbəyli-Robot (titrlərdə yoxdur) Filmi izlə sayt YouTube Filmdə işə düzəlmək istəyən maralın əvvəl buynuzunu çıxarırlar, sonra qulaqlarını uzadırlar.